"Avro-2024"ün daha bir iştirakçısı məlum oldu

"Avro-2024"ün daha bir iştirakçısı məlum oldu backend

Noyabrın 19-da “Avro-2024”ün daha bir iştirakçısının adına aydınlıq gəlib.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, G qrupunda keçirilən son oyunlardan sonra Serbiya Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Qrupun son matçında Bolqarıstan millisi ilə qarşılaşan Serbiya oyundan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Bununla da xallarının sayını 14 çatdıran Serbiya üçüncü yerdə qərarlaşan Monteneqro (11 xal) üçün əlçatmaz olub. Sonuncular isə səfərdə qrupun lideri Macarıstana məğlub olublar – 1:3.

Beləliklə, G qrupundan Macarıstan və Serbiya Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanıblar.

 

 

Diaspora