"Çelsi" və "Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər

"Çelsi" və "Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər backend

“Çelsi” və “Mançester Siti” maliyyə feyr-pley qaydalarını pozmaqda təqsirli bilinərsə, İngiltərə Premyer Liqasından (İPL) qovula bilər.

Qaziler.az bildirir ki, bu ehtimal Daily Mail-ə məlum olub.

Mənbənin sözlərinə görə, klubları çempionluq titullarından məhrum etmə, xalların silinməsi, həmçinin transfer qadağası gözləyir. Qeyd olunur ki, ötən mövsüm “Mançester Siti” maliyyə feyr-pleyini pozmaqda  ittiham olunub.

Bundan əvvəl noyabrın 17-də Premyer Liqanın müstəqil komissiyası "Everton"u maliyyə feyr-pleyini pozduğuna görə cəzalandırmışdı. Klub 14-cü yerdən 19-cu yerə enərək, 10 xalı silinib.

12 oyundan sonra 28 xalla "Mançester Siti" Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. "Çelsi" 16 xalla 10-cu yerdədir.

QAZİLER.AZ

Diaspora