Əfsanəvi boksçu Mayk Tayson bu gün Daşkəndə gəlib,
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Özbəkistanın paytaxtında peşəkar boks dünyasının ən nüfuzlu təşkilatlarından biri - Ümumdünya Boks Şurasının (WBC) 61-ci qurultayı işə başlayıb.
Tədbirdə 100-dən çox ölkədən nümayəndələr iştirak edir.
Mayk Tayson, Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman, Özbəkistan Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti Qafur Rəhimov, dünya boks ulduzu Evander Holifild və özbəkistanlı boksçuların da yer aldığı konfransda iştirak edib.
Onlar sabah öz arenalarında çıxış edəcəklər.
QAZİLER.AZ