UFC-nin keçmiş çempionu Konor Makqreqor: "Steroidlər haramdır, Allahın..."

UFC-nin keçmiş çempionu Konor Makqreqor: "Steroidlər haramdır, Allahın..." backend

Məşhur irlandiyalı idmançı, qarışıq döyüş növləri üzrə döyüşçü, UFC-nin keçmiş çempionu Konor Makqreqor sosial şəbəkələrdəki səhifəsində Usman Nurməhəmmədovun uğursuz dopinq testindən son dərəcə aqressiv danışan yeni paylaşım edib.

Qaziler.az bu barədə "rambler.ru"ya istinadla məlumat verir. 

“Komanda üzvü Həbib Nurməhəmmədovun steroid testinin müsbət çıxdığını biləndə heç təəccüblənmədim. Ən yüksək səviyyəli ikiüzlülər. Steroidlər haramdır! Allahın rüsvayçılığı Nurməhəmmədov qəbiləsinin üstündən asılır. Fırıldaqçılar! Əbdülmanap məzarında silkələndi”, - Makqreqor yazıb.

Xatırladaq ki, daha əvvəl Nurməhəmmədovun 6 ay müddətinə çıxışlardan uzaqlaşdırıldığı məlum olmuşdu.

Qeyd edək ki, Usman Nurməhəmmədovun 25 yaşı var. Döyüşçü peşəkar kimi debütünü 2017-ci ildə edib və 2021-ci ilin aprelində ilk dəfə Bellatorda döyüşüb. Ümumilikdə rusiyalının MMA-da 17 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.

QAZİLER.AZ

Diaspora