“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç kluba məsləhətçi kimi qayıdacaq.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Football Italia” portalı İtaliyanın bir neçə nəşrinə istinadən məlumat yayıb.
42 yaşlı isveçlinin bir neçə həftədir ki, “Milan” klubunun prezidenti Paolo Skaroni ilə danışıqlar apardığı bildirilir. Hazırda tərəflər əməkdaşlığın yekun detallarını razılaşdırırlar, bundan sonra bu barədə rəsmi məlumat veriləcək. “Milan”ın bu həftənin sonuna qədər açıqlaması gözlənilir.
İbrahimoviç klubda xüsusi məsləhətçi yaxud xarici məsləhətçi vəzifəsini icra etməklə yanaşı, futbolçular və Stefano Piolinin məşqçilər korpusu ilə sıx əməkdaşlıq edəcək. O, komanda ilə direktorlar arasında əlaqə yaradacaq, eyni zamanda klubun transfer siyasətində və gənclər akademiyasının həyatında iştirak edəcək.
Qeyd olunur ki, Zlatanın təyinatı ötən ilin noyabrında bu vəzifəyə təyin olunmuş klubun hazırkı baş direktoru Corcio Furlaninin fəaliyyət dairəsini azaldacaq.
İbrahimoviç 2023-cü ilin yayında karyerasını başa vuracağını açıqlayıb. O, peşəkar karyerasında kimi 24 mövsüm oynayıb, bunun 6-sını “Milan”da keçirib. “Rossoneri”nin tərkibində Zlatan iki dəfə İtaliya çempionu olub, bir dəfə isə ölkə Superkubokunu qazanıb.