Ərəb klubu Neymardan imtina edir

Ərəb klubu Neymardan imtina edir backend

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu braziliyalı hücumçu Neymarla müqaviləni dayandıra bilər.

QAZİLER.AZ  Lent.az-a istinadən  verdiyi məlumata görə, komanda rəhbərliyi futbolçu ilə müqaviləni dayandırmaq imkanını nəzərdən keçirir. Məqsəd qış transfer pəncərəsində əcnəbi futbolçuların qeydiyyatına yer açmaqdır. “Əl-Hilal” futbolçunu sol cinah müdafiəçisi mövqeyinə dəvət etməyi planlaşdırır.

Xatırladaq ki, Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvayla matçda (0:2) zədələnmişdi. 31 yaşlı futbolçunun gözlənilən sağalma müddəti 10 aya qədər ola bilər. Beləliklə, Neymarın bu mövsüm bir daha meydana çıxmama ehtimalı yüksəkdir.

Neymar yay transfer pəncərəsində “Əl-Hilal”a keçib. Forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm braziliyalı Səudiyyə Ərəbistanı çempionatında 3 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.

 

 

Diaspora