Reşford qovuldu, qardaşı həbs edildi

Reşford qovuldu, qardaşı həbs edildi backend

Reşford ailəsinin həftəsi yaxşı xəbər ilə yadda qalmayıb.

QAZİLER.AZ  Lent.az-a istinadla bildirir ki, ötən gün Çempionlar Liqası matçında Markus Reşford qırmızı vərəqə alıb və onun qardaşı Den Reşford Mayamidə cinsi zorakılıq ittihamı ilə həbs edilib.

Bu yaxınlarda avtomobili qəzaya uğrayan “Mançester Yunayted”in futbolçusu Markus Reşfordun dünən Çempionlar Liqası matçında Danimarkada “Kopenhagen”ə (4-3) məğlub olması və qovulması ailə üçün həftənin ilk pis xəbəri olmayıb. Bu gün “The Telegraph” daha ciddi bir hadisə dərc edib. Onun qardaşı (və oyunçunun agenti) Dan Reşford Mayamidə cinsi zorakılığa görə həbs edilib.

Britaniya mətbuatının məlumatına görə, hadisə oktyabrın 20-də ABŞ-da tətildə olarkən Mayamidə baş verib. Dan azad edilmək üçün 1500 dollar girov ödəyib və indi ona məişət zorakılığı ittihamı ilə məhkəməyə gəlmək əmri verilib.

Ona zərərçəkmiş olduğu iddia edilən şəxslə əlaqəni qadağan edən məhkəmə öncəsi “uzaq qal” qərarı təyin edilib.

 

 

Diaspora