Yaponiyanın Matsuyama şəhərində karatenin aşihara növü üzrə keçirilən dünya çempionatına yekun vurulub.
QAZİLER.AZ AZƏRTAC-a iatinadən bildirir ki, yarışda milli komandamızın karateçiləri uğurla çıxış ediblər. Yığmanın üzvlərindən 60 kiloqram çəki dərəcəsində Musa Musazadə bütün rəqiblərinə qalib gələrək beşinci dəfə dünya çempionu tituluna yiyələnib.
14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Fərman Rəhimov isə mundialı üçüncü yerdə başa vurub.
 
                                                     
                                                     
                                                
                     
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
