Azərbaycan cüdoçusu ardıcıl ikinci dəfə Avropa çempionu olub

Azərbaycan cüdoçusu ardıcıl ikinci dəfə Avropa çempionu olub backend

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

73 kq çəki dərəcəsində yer alan idmançı finalda İspaniya təmsilçisi Salvador Kases Roka üz-üzə gəlib.

Rəqibinə qalib gələn Heydərov ardıcıl ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, cüdoçu 2017 və 2022-ci illərdə də qitə çempionatında qızıl medal əldə edib.

Diaspora