Vətən müharibəsi veteranları yenidən yaşıl meydanda - FOTO

Vətən müharibəsi veteranları yenidən yaşıl meydanda - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilmiş Vətən müharibəsi veteranlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Zəfər Gününə həsr olunan növbəti futbol yarışı keçirilib.

NazirlikdənQaziler.az-a verilən məlumata görə, yarışı izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, millət vəkilləri, Vətən Müharibəsi Qəhrəmanları və digər tanınmış şəxslər də olub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Şərti adlandırılan “Zəfər” və “Qələbə” komandaları meydana çıxıblar.

Oyunda iştirak edən 14 iştirakçıdan 10-u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə veteranları, digərləri isə Vətən müharibəsində iştirak etmiş nazirlik əməkdaşları olub.

Protezlərin funksionallığı və aktivliyi onlara oyun ərzində yüksək performans göstərməyə imkan verib.

Maraqlı oyun epizodları və gərgin mübarizə şəraitində keçən yarış 7-4 hesabı ilə “Qələbə” komandasının xeyrinə başa çatıb.

Sonda iştirakçılara təşəkkürnamə və medallar təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə ilə əlaqədar əlilliyi olan 439 şəxs 458 ədəd “Genium” tipli yüksək texnologiyalı protezlə təmin olunub.

Müharibədə əzalarını itirən hərbçilərimiz son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı əldə edirlər. Hətta idman yarışlarında da iştirak edə bilmək bacarığına sahib olurlar.

Diaspora