Britaniyalı jurnalist Pirs Morqan “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messinin səkkizinci “Qızıl top”u alması ilə bağlı fikirlərini bölüşüb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Bu il Messinin gülünc şəkildə “Qızıl top”u qazanması bu mükafatın bütün sisteminin saxta olduğunun bir daha sübutudur. O, bu il daha az “Qızıl top” almalı, Ronaldo daha iki “Qızıl top” qazanmalı, Xoland isə bu il qələbə çalmalı idi”, – Morqan yazıb.
Qeyd edək ki, Messi 8 dəfə Qızıl top” mükafatı qazanıb. Messiyə qədər heç kim bu mükafata layiq görülməyib.
Ronaldo isə beş dəfə “Qızıl top”un qalibidir. Bu il ilk dəfə olaraq 19 ildən sonra portuqaliyalı futbolçu mükafatın namizədlər siyahısından kənarda qalıb.
QAZİLER.AZ