Ukraynalı boksçu Aleksandr Usik britaniyalı Tayson Fyuri ilə kamerunlu Frensis Nqannu arasında keçirilən boks görüşündə portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə nə barədə danışdıqlarını açıqlayıb.
Qaziler.az bu barədə “Rambler.ru”ya istinadla xəbər verir.
“Mən Kriştiano Ronaldo ilə ətrafımda baş verənlər barədə danışdım. Kriştiano Ronaldoya bir az boks haqqında, ona Fyuri-Nqannu döyüşündə görə biləcəyi fərqli şeyləri öyrətməyə çalışdım. Ronaldo çox sadə insandır. Mənim üçün dəyərlidir, onun pərəstişkarıyam”, - Usik “Seconds Out”a müsahibəsində deyib.
Xatırladaq ki, ötən həftə sonu Nqannu britaniyalı Tayson Fyuriyə uduzmuşdu.
QAZİLER.AZ