Braziliyalı yarımmüdafiəçi Bitello komandaya uyğunlaşmasından və Rusiya ilə bağlı təəssüratlarından danışıb.
Qaziler.az xəbər verir ki, futbolçunun sözlərini “Çempionat” yayıb.
“Rusiyada Braziliyadan daha soyuqdur. Amma mən artıq adaptasiya olmuşam, çox oyun oynamışam. Heç bir çətinlik yoxdur - həm havaya, həm komandaya, həm də komanda yoldaşlarıma uyğunlaşıram. Burada olmaqdan çox şadam. Rusiya ilə bağlı stereotiplər var idimi? Xeyr, məndə belə bir şey yox idi. Ayılar haqqında da heç nə eşitməmişəm”, -Bitello deyib.
Transfermarkt portalının məlumatına görə, braziliyalı futbolçunun bazar dəyəri 8 milyon avrodur.Onun "Dinamo" ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
QAZİLER.AZ