Mançester Yunayted"in borcu milyarda çatdı

Mançester Yunayted"in borcu milyarda çatdı backend

“The Athletic” “Mançester Yunayted” klubunun borclarının bir milyard funt-sterlinqə (təxminən 2 milyard 63 milyon 500 min manat) çatdığını yazır.

QAZİLER.AZ  Lent.az-a istinadla bildirir ki, bu böyük məbləğə klubun ümumi borcu, dönən kredit xəttinin məbləği və ödənilməmiş transfer haqları daxildir.

“Mançester Yunayted”in borcu 507,3 milyon funt sterlinqdir. Lakin klub eyni zamanda əvvəllər götürülmüş təxminən 100 milyona əlavə olaraq dönər kredit xətti ilə 160 milyon sterlinq məbləğində kredit götürüb. Bu da klubun ümumi borcunu 773 milyon funt sterlinqə çatdırıb. 317,8 milyon məbləğində vəsait transfer borclarına aiddir.

Qeyd edək ki, “Mançester Yunayted” son bir neçə mövsümdə müxtəlif transfer sövdələşmələrini maliyyələşdirmək üçün COVID-19 pandemiyası zamanı Bank of America-dan kredit xətti almağa əl atıb. Məsələn, Kazemiro və Antoni kimi futbolçuların transferləri qısamüddətli kreditlərdən istifadə edilərək ödənilib.

 

 

Diaspora