Yüngül çəkidə döyüşən keçmiş UFC çempionu Həbib Nurmuhammədov Qəzza zolağının sakinlərinə dəstək verərək, İsrail və Fələstin arasındakı münaqişədən danışıb.
Qaziler.az bu barədə “Rambler.ru”ya istinadla xəbər verir.
“Hazırda açıq havada ən böyük həbsxana olan Qəzza bombalanır. Qəzza, bütün dualarımız səninlə bağlıdır. Qardaşlarımız və bacılarımız üçün dua edin”, - Nurmuhammədov sosial şəbəkədəki səhifəsində yazıb.
Qeyd edək ki, Nurmuhammədov bundan əvvəl Qəzza zolağında yüzlərlə insanın ölümü ilə nəticələnən xəstəxanaya hücumun soyqırım olduğunu, həmçinin başlayan münaqişədə fələstinlilərə dəstək verdiyini açıqlamışdı.
QAZİLER.AZ