Qarışıq döyüş sənəti (MMA) üzrə britaniyalı döyüşçü Tom Aspinall UFC 295 turniri çərçivəsində rusiyalı Sergey Pavloviçlə keçiriləcək qarşıdakı döyüşlə bağlı gözləntilərini bölüşüb.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
“Dediyim kimi, o, UFC-nin ən təhlükəli döyüşçüsüdür. Hazırlaşmaq üçün çox vaxtım yoxdur, amma ən yaxşı olduğumu sübut etməyə hazıram. Bu, mənim həmişə arzuladığım hekayədir", - Aspinall deyib.
Qeyd edək ki, qarşılaşma noyabrın 12-də baş tutacaq.
Sergey Pavloviçin qarışıq döyüş növləri üzrə 18-1 rekordu var. O, yeganə məğlubiyyətini UFC-dəki ilk döyüşündə 5 il əvvəl braziliyalı Alistair Overeem ilə görüşərkən alıb. Bundan sonra rusiyalı ardıcıl altı döyüşün hamısında ilk raundda nokautla qalib gəlib.
Aspinallın isə MMA-da 13 qələbəsi və üç məğlubiyyəti var, eyni zamanda UFC-də 6-1 rekordu var. O, yeganə məğlubiyyətini iki il əvvəl amerikalı Kertis Bleydeslə döyüşərkən alıb.
QAZİLER.AZ