UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək “Bayer” - “Qarabağ” oyununun təyinatları bəlli olub.
UEFA-nın saytının yaydığı məlumata görə, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Horatiu Feşniçə laynsmanlar qismində Valentin Avram və Alexandru Cerei kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Szabolş Kovaç yerinə yetirəcək. VAR-da portuqaliyalı Tiaqu Marins və italiyalı Paolo Valeri olacaq.
Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq “Bayer” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.