"İnter Mayami" klubunun futbolçusu Edison Azcona bildirib ki, komandanın futbolçuları Lionel Messi ilə ünsiyyət qurmaq üçün ispan dilini öyrənirlər.
Qaziler.az xəbər verir ki, bu barədə “Infobae” məlumat dərc edib.
“Leonun ingiliscə danışdığını eşitməmişəm. Bəzən "sabahınız xeyir" deyir. Ancaq komandada ingiliscə danışan və ispan dilini bilməyənlər indi ispan dilini öyrənirlər”, - Azcona deyib.
Xatırladaq ki, 2023-cü ilin yayında Messi iki ildən sonra Fransanın “PSJ” klubundan “İnter Mayami”yə keçib.
QAZİLER.AZ