Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək. Yeddi xalla 9-cu pillədə qərarlaşan “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.
Saat 16:30-da start götürəcək matçı Tural Qurbanov idarə edəcək.
Komandalar bunadək ölkə çempionatında cəmi bir dəfə qarşılaşıblar. Həmin oyunda Naxçıvan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Komandalar Qəbələ şəhər stadionunda ilk dəfə üz-üzə gələcəklər.
Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib, “Neftçi” “Səbail”ə 4:2 hesabı ilə qalib gəlib. Həmçinin “Zirə”-“Kəpəz” matçında qol vurulmayıb (0:0), “Sabah” isə “Sumqayıt”ı məğlub edib - 3:1.