İndoneziya geri çəkildi, Səudiyyə Ərəbistanının yolu açıldı

İndoneziya geri çəkildi, Səudiyyə Ərəbistanının yolu açıldı backend

İndoneziya Futbol Assosiasiyası (PSSI) 2034-cü il dünya çempionatına ev sahibliyi hüququ uğrunda mübarizədə Səudiyyə Ərəbistanına dəstək verib.

QAZİLER.AZ  Publika.az xəbər verir ki, əvvəllər ölkə turnirin təşkili üçün müraciət etmək niyyətində olduğunu bildirmişdi və Avstraliya, Malayziya və Sinqapurla danışıqlar aparırdı.

“İndoneziya 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının ev sahibi kimi Səudiyyə Ərəbistanını dəstəkləyir. Bundan əlavə, İndoneziya 2034-cü ildən sonra Asiya zonasında növbəti Dünya Çempionatına və FİFA-nın digər yarışlarına ev sahibliyi etmək üçün hazırlaşmağa davam edəcək”, - PSSI prezidenti Erik Thohir bildirib.

Beləliklə, Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etməyə yeganə namizəd ola bilər. FİFA turnirin təşkili üçün son müraciət tarixini bu il oktyabrın 31-nə təyin edib və yalnız Asiya və Okeaniya ölkələri yarışa ev sahibliyi etmək üçün müraciət edə bilər.

 

 

Diaspora