Nazim Rəşidovun sədrliyi ilə AFFA -nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib. Apellyasiya Arbitraj Tribunalı “Sabah”ın futbolçusu Tuncay Cəfərli ilə bağlı klubun apellyasiya şikayətini qismən təmin edib.
Redaktor.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA Gənclər Liqasında çıxış edən oyunçunun 4 matçlıq cəzası 2-yə endirilib.
“Araz-Naxçıvan”la görüşdə topsuz sahədə rəqibi vurduğu üçün qırmızı vərəqə alan T.Cəfərli AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya olunmuşdu. Lakin Apellyasiya Arbitraj Tribunalı bu qərarı dəyişdirib, futbolçunun davranışını ciddi qayda pozuntusu kimi qiymətləndirərək ona matçlardan 2 oyunluq kənarlaşdırılması cəzası vermişdir.