Beynəlxalq Korlar İdmanı Federasiyası (IBSA) Rusiya və Belarusun üzvlüyünü iki il müddətinə dayandırıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə İBSA-nın mətbuat xidmətindən məlumat verilib.
“IBSA İcraiyyə Şurası Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Baş Assambleyasının Rusiya və Belarusun növbəti iki il ərzində üzvlüyünü qismən dayandırmaq qərarına hörmətlə yanaşacağını və dəstəkləyəcəyini təsdiqləyir”, - bəyanatda deyilir.
Qeyd olunur ki, Rusiya və Belarusun görmə qabiliyyətini itirmiş idmançıları neytrallıq sınağından uğurla keçsələr, 2024-cü ildə Parisdə keçiriləcək yarışlarda neytral statusda iştirak etməyə icazə veriləcək. IPC-nin Baş Assambleyası sentyabrda Rusiya Paralimpiya Komitəsinin (RPK) fəaliyyətini dayandırmağa səs verib.
QAZİLER.AZ