Kriştiano Ronaldo ilə dava etdik

Kriştiano Ronaldo ilə dava etdik backend

Onunla rusca söyüş söyəndə...

“İstiqlol” futbol klubunun qapıçısı Rüstəm Yatimov “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilə mübahisəsi haqda “Çempionat”-a  danışıb.

“Ronaldo bir az əsəbiləşməyə başladı, çünki oyunu gecikdirirdik. Bir-birimizi söyməyə başladıq. Ronaldo işarə etdi və mən nəsə dedim. Dialoq rusca başladı, amma bildim ki, başa düşmədii nə dediyimi. Sonra serb və ingilis dilində söhbətimizi davam etdik. Aramızda anlaşılmazlıq baş vermişdi,  biz sonra qucaqlaşdıq, barışdıq və oynamağa davam etdik”, - Yatimov bildirib.

Qarşılaşma oktyabrın 2-də baş tutub və “Əl-Nasr”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ronaldo bir qol vurdu.

Ronaldo klub karyerası ərzində bütün turnirlərdə 979 oyun keçirib, 726 qol vurub və 231 məhsuldar ötürmə edib. O, Portuqaliya millisinin üzvü kimi 202 dəfə meydana çıxıb, 125 qol vurub, 44 məhsuldar ötürmə verib.

QAZİLER. AZ verdiyi məlumata görə, oktyabrın 13-də Ronaldo Portuqaliya millisinin tərkibində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qalib gəlib (3:2). 38 yaşlı futbolçu dubla imza atıb. Portuqaliyalılar bu qələbə sayəsində Avro-2024-ə vaxtından əvvəl yüksəlib.

Daha əvvəl Kriştianu Ronaldonun azarkeşin hücumuna məruz qaldığı bildirilirdi.

QAZİLER.AZ

Diaspora