Səudiyyə Ərəbistanının “Əl-Nasr” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo 2023-cü ilin sonuna kimi 260 milyon dollar qazanacaq.
Qaziler.az xəbər verir ki, bu barədə “Forbes” yazıb.
38 yaşlı forvard peşəkar futbolçular arasında gəlirinə görə birinci yerdədir. Müqavilə üzrə qazanc 200 milyon dollar təşkil edir. Ronaldo promosyonlarda iştirak üçün daha 60 milyon dollar alır. Ondan sonra 135 milyon dollar gəlirlə argentinalı Lionel Messi gəlir. Üçüncü yeri yeni mövsümdən “Əl-Hilal”da çıxış edən və 112 milyon dollar qazanan braziliyalı Neymar tutub.
İlk 5-liyə PSJ-dən Kilian Mbappe və Əl-İttihaddan Kərim Benzema da düşüb.
Ronaldo 2 yanvar 2023-cü ildə “Əl-Nasr”ın futbolçusu olub. Klubla bağladığı müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq. Müqavilənin müddəti 2025-ci ilin iyun ayının sonuna qədərdir. Bu mövsüm hücumçu bütün turnirlərdə 11 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.
38 yaşlı forvard beşqat “Qızıl top”un sahibidir. Portuqaliya millisi ilə o, Avropa çempionatı (2016) və Millətlər Liqasının (2018/19) qalibi olub.
QAZİLER.AZ