23 yaşlı qazaxıstanlı şahmatçı Əlişir Süleymenov Dohada keçirilən "Qatar Masters Open" beynəlxalq şahmat turnirinin ikinci turunda həyəcanlı anlar yaşayıb.
Qaziler.az qazax mətbuatına istinadən bildirir ki, FİDE-nin dünya reytinqində Süleymenov 528-ci, Maqnus Karlson isə birincidir.
Dünya birincisini məğlub etdiyinə hələ də inanmayan Süleymenov bunları deyib:
"Özümü necə hiss edirəm? Buna cavabım yoxdur. Bunun baş verdiyinə, bunun reallıq olduğuna hələ də inana bilmirəm. Oyundan əvvəl düşünürdüm ki, heç-heçə fantastika olacaq, hətta bu barədə məşqçi də mənə dedi”, - şahmatçı etiraf edir.
Süleymanov əslən Pavlodardandır, keçən il Şahmat Olimpiadasında Qazaxıstan milli komandasının heyətində çıxış edib.
QAZİLER.AZ