Gimnastika üzrə Bakı çempionatı BAŞLAYIB

Gimnastika üzrə Bakı çempionatı BAŞLAYIB backend

Oktyabrın 2-də Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyi start götürüb. Trend-in məlumatına görə, yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq” və "Neftçi" idman klubları, Respublika Olimpiya İdman Liseyinin yetirmələri, həmçinin Sumqayıt və Balakən təmsilçiləri iştirak edirlər.

Kişi və qadın idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyinin qalibləri uşaqlar və ən kiçiklər arasında çoxnövçülükdə müəyyən olunacaq. Çoxnövçülüyün finalında böyüklər, gənclər və yeniyetmələr yarışacaqlar. Yarışın reqlamentinə əsasən, medallar böyüklər, uşaqlar və ən kiçiklər arasında oynanılacaq.

2 gün ərzində tamaşaçıları Birinci Avropa Oyunlarının beş qat mükafatçısı olan yeganə Azərbaycan idmançısı, həmçinin parallel qollarda qızıl medal sahibi - Oleq Stepko, komanda hesabında bürünc mükafatçısı Petro Paxnyuk, Birinci Avropa Oyunlarının iştirakçıları Marina Nekrasova və Yuliya İnşina, o cümlədən Mariya Smirnovanın valehedici çıxışları gözləyir.

Sözügedən turnir böyük gimnastlar üçün 23 oktyabr-1 noyabr tarixlərində Qlazqoda (Böyük Britaniya) keçiriləcək Dünya Çempionatı öncəsi sonuncu yarışdır. Qlazqoda Rio-de-Janyero Olimpiadasına lisenziyalar da oynanılacaq.
Diaspora