Azərbaycan 2018-ci il futbol üzrə dünya çempionatının oyunlarını qəbul edəcək Sankt-Peterburqun tikilməkdə olan "Zenit-Arena" stadionu üçün bayraq ağacları istehsal edəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Sankt-Peterburqun Sahibkarlığın və İstehlak Bazarının İnkişafı üzrə Komitənin sədri Elgiz Kaçayev Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumu çərçivəsində deyib.
O bildirib ki, biz Sumqayıt Texnologiyalar Parkında olduq və oradakı istehsal məhsullarından çox razı qaldıq: "Orada bizim "Zenit-Arena" üçün bayraq ağaclarının istehsalı təşkil ediləcək. Ümumilikdə Azərbaycan müəssisələrinin texnoloji səviyyəsi böyük təsir bağışlayır".