Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə də iki qarşılaşma baş tutub.
Belə ki, “Bazel” İsveçrədə “Porto”nu qəbul edib. Portuqaliya klubu səfərdə sərfəli nəticə ilə qayıtmaq niyyətində idi. Hərəyə 1 top vuran komandalar meydanda “sülh bağlayıb” – 1:1.Turnirin son qalibi “Real” isə Almaniyada “Şalke”nin qonağı olub. Ötən il keçirilən görüşlərdə üstün olan madridlilərin bu dəfə də Helzenkirxendə çətinlik çəkməyib. Hesabı 26-cı dəqiqədə Kriştianu Ronaldo açıb. Fasiləyə bu hesabla yollanan “Kral klubu” 79-cu dəqiqədə Marselo ilə fərqi artırıb. Matçda bundan başqa qol olmayıb və “Real” “Şalke”ni 0:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bir gün öncə PSJ “Çelsi” 1:1, “Şaxtyor” “Bavariya” ilə 0:0 hesabı ilə bərabərə qalıb.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
18 fevral
“Bazel” (İsveçrə) – “Porto” (Portuqaliya) - 1:1
Qollar: Qonzales, 11 - Danilo, 79-pen
“Şalke” (Almaniya) – “Real” (İspaniya) - 0:2
Qollar: Ronaldo, 26, Marselo, 79