Milan A Seriyasında 2022-2023 mövsümünün 38-ci və son həftəsində San Siroda “Hellas Verona”nı qəbul edib onları 3:1 hesabı ilə məğlub etdikdən sonra ulduz hücumçu Zlatan İbrahimoviç üçün xüsusi mərasim keçirilib.
Qaziler.az xəbər verir ki, bundan sonra isveçli futbolçu karyerasına son qoyub.
Son zamanlar 42 yaşlı İbrahimoviç diqqətçəkən açıqlamalar verməkdə davam edir. Yüksək eqolu şəxsiyyəti ilə tanınan ulduz futbolçu mübahisəli açıqlamalar verib
İbrahimovic “Alovla oynamaq istəyirsən?” sualına "Mən Tanrıyam deyəndə zarafat etdiyimi düşünürsünüz? Zarafat etmirəm”, - ifadələrini işlədib.
Keçmiş futbolçu sonda bunları bildirib: “Mən ən yaxşısıyam, qalan hər şeyi boş verin”.
QAZİLER.AZ