Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Neftçi" oyunundan öncə sentyabrın 28-də vəfat edən Milli Məclisin deputatı Qənirə Paşayevanın xatirəsi anılıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, qarşılaşma başlamamışdan əvvəl arenada mərhum millət vəkilinin klubla münasibətlərini əks etdirən görüntülər yayımlanıb. Tamaşaçılar həmin videonu ayaq üstə izləyiblər.
Daha sonra Qənirə Paşayevanın əziz xatirəsinə 1 dəqiqəlik sükut elan olunub.