Litva beynəlxalq turnirlərdə Rusiya millisinə qarşı oyunları boykot etdiyini açıqlayıb.
Litva Futbol Federasiyası Rusiya millisi ilə oyunları boykot etdiyini açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə təşkilatın saytında məlumat verilir.
Bundan əvvəl digər Baltikyanı ölkə Latviya beynəlxalq turnirlərdə Rusiya komandalarına qarşı oynamaqdan imtina etdiyini açıqlamışdı. Eyni qərar İngiltərə, Ukrayna, Polşa, Danimarka və İsveçdə də qəbul edilib.
QAZİLER.AZ