Qurban Qurbanov cəzalandırıldı, “Qarabağ”a xəbərdarlıq edildi

Qurban Qurbanov cəzalandırıldı, “Qarabağ”a xəbərdarlıq edildi backend

AFFA İntizam Komitəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu bir oyunluq cəzalandırıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, buna 51 yaşlı mütəxəssisin səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII turunun oyununda ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulması səbəb olub.

Ağdam təmsilçisi buna görə 1000 manat cərimələnib. Komandanın müdafiəçisi Kevin Medina 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb. Kolumbiyalı futbolçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Sınaq müddəti 3 ay təyin edilib.

“Qəbələ”nin məşqçisi Rasim Ramaldanov 2 matçlıq cəzaya məruz qalıb. Mütəxəssis həmin qarşılaşmada meydana daxil olaraq rəqib futbolçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün cəzalanıb. Əyalət təmsilçisi bu səbəbdən 1000 manat ödəməli olacaq. Bundan başqa, meydan sahibləri 5 üzvü sarı vərəqə aldığı üçün əlavə 700 manat ödəyəcək.

İntizam Komitəsi “Qarabağ”a xəbərdarlıq edib. Ağdam klubunun azarkeşləri 88-ci dəqiqədə rəsmi şəxslərin ünvanına qeyri-etik ifadələr səsləndiriblər.

Diaspora