Belqradda keçirilən güləş üzrə dünya çempionatında idmançılarımız finalda uğurlu çıxış ediblər.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, həlledici görüşə vəsiqə qazanan üç yunan-Roma güləşçimizdən ikisi qələbə qazanıb.
Eldəniz Əzizli (55 kq) finalda gürcü rəqibini məğlub edib. Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gələn Eldəniz üçüncü dəfə dünya çempionu olub. Rafiq Hüseynov (82 kq) həlledici görüşdə iranlı Əlirza Mohmadipianidən güclü olub. Bu qələbə Rafiqə karyerasında ikinci dünya çempionluğunu qazandırıb.
Olimpiadaya lisenziya qazanan Sənan Süleymanov (77 kq) final görüşündə məğlub olub. O, Olimpiadanın gümüş mükafatçısı və dünya çempionu Akjol Mahmudovla (Qırğızıstan) bacarmayıb.