"Çelsi"nin qapıçısı Robert Sançes London klubuna keçidi haqda danışıb.
“İngiltərənin ən yaxşı komandasında və planetin ən yaxşı komandalarından birində oynamaq gerçəkləşən bir xəyaldır. Nəhayət, bu səviyyəyə çatmaq inanılmaz hissdir. Bunun üçün hər bir oyunçu bütün həyatı boyu çalışır.
Menecerin, komanda yoldaşlarımın və məşqdə gördüyüm işin köməyi ilə klubda uğur qazanmaq və hamının xatırlayacağı əfsanələrdən birinə çevrilmək istəyirəm”, - Lent.az xarici mediaya istinadən bildirir ki, Sançesin sözlərini “Çelsi”nin rəsmi saytı yayıb.
25 yaşlı ispaniyalı yay transfer pəncərəsində "Brayton"dan "Çelsi"yə keçib. Bu mövsüm qapıçı 5 oyun keçirib, bu oyunda 6 qol buraxıb və bir dəfə qapısını toxunulmaz saxlayıb.