Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, "Neftçi"nin "Araz-Naxçıvan"la üz-üzə gəlib.
"Dalğa Arena"dakı qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib - 1:0. 81-ci dəqiqədə Orxan Əliyev penaltidən fərqlənib. Meydan sahiblərində Kadiri Mohammed 86-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran "Araz-Naxçıvan" 3-cü pilləyə yüksəlib. "Neftçi" isə hələlik 8 xalla 5-ci sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə "Səbail" səfərdə "Kəpəz"i üç cavabsız qolla üstələyib. Turun açılış matçında "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları sentyabrın 17-də baş tutacaq.