Səudiyyə Ərəbistanına transfer olan alman futbolçu müsəlman oldu - FOTO

Səudiyyə Ərəbistanına transfer olan alman futbolçu müsəlman oldu - FOTO backend

Bu yay Səudiyyə Ərəbistanına transfer olan futbolçular arasında yer alan alman futbolçu Robert Bauer müsəlman olub.

Qaziler.az xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edərək açıqlayıb.

28 yaşlı futbolçu yay transfer dövründə Belçikanın "Sint-Truiden" komandasından Səudiyyə Ərəbistanının Pro Liqa komandalarından olan "Al Taee"yə transfer olub.

Robert Bauerin müsəlman olması sosial mediada geniş reaksiyaya səbəb olub. O, paylaşımında bunları qeyd edib:

“Həyat yoldaşım və ailəsi sayəsinə İslam dini ilə tanış oldum. Uzun illər keçdi. Bu səyahətimdə mənə kömək etdiyiniz və ruhlandırdığınız üçün hamınıza minnətdaram”.

QAZİLER.AZ

Diaspora