Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev “Qarabağ”la vidalaşıb.
Qaziler.az xəbər verir ki, 29 yaşlı qapıçı bununla bağlı instaqram səhifəsində paylaşım edib.
Türkiyənin “Adana Dəmirspor” klubu ilə 2 illik müqavilə bağlayan qolkiper Ağdam təmsilçisinə təşəkkürünü bildirib: “Son damlaya qədər sevmək və döyüşmək lazımdır. Hər şey üçün təşəkkür edirəm, sevimli “Qarabağ”.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən bəri “Qarabağ”ın formasını geyinib.