2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatı noyabr və dekabr aylarında baş tutacaq.
APA-nın məlumatına görə, bu barədə “Sports Illustrated” öz mənbələrinə istinadən yazıb.Bununla əlaqədar gələn həftə Qətərin paytaxtı Dohada Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) İşçi Qrupunun iclası keçiriləcək. Bir aydan sonra isə turnirin noyabr və dekabr aylarında keçirilməsi ilə bağlı qərar Sürixdə, FİFA-nın icraiyyə komitəsi tərəfindən təsdiq ediləcək.
Məlum olduğu kimi, iqlim şəraiti səbəbindən 2022-ci il Dünya Çempionatının keçirilmə tarixinin dəyişdirilməsi bir neçə ildir ki nəzərdən keçirilirdi.