Azərbaycan taekvondoçusu dünya birinciliyində gümüş medal qazanıb

Azərbaycan taekvondoçusu dünya birinciliyində gümüş medal qazanıb backend

Azərbaycan taekvondoçusu Şəms Əlizadə (160 sm) Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən dünya birinciliyində gümüş medal qazanıb.

"Report" xəbər verir ki, millinin üzvü yarışın ikinci günündə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Ş.Əlizadə finalda Qazaxıstan idmançısı ilə üz-üzə gəlib. Gərgin keçən döyüşdə rəqib qələbə qazandığından təmsilçimiz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, dünya birinciliyi sentyabrın 1-dək davam edəcək.

Diaspora