İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına keçir.
QAZİLER.AZ Lent.az-a istinadən verdiyi xəbərə görə, Məhəmməd Salah İngiltərə çempionatının üçüncü turunda “Nyukasl”-la oyundan sonra “Əl-İttihad” komandasına keçidlə əlaqədar tibbi müayinə üçün Səudiyyə Ərəbistanına gedəcək.
Beləliklə, misirli futbolçu avqustun 27-də İngiltərə çempionatında son oyununu keçirə bilər.
Qeyd edək ki, ötən mövsüm Məhəmməd Salah “Liverpul”-la 38 oyuna çıxıb, 19 qol vurub, 12 məhsuldar ötürmə edib. Hazırda bazar dəyəri 65 milyon avro olan futbolçunun “Liverpul”-la 2025-ci ilin yayına qədər müqaviləsi var.
Bundan əvvəl Məhəmməd Salahın “Liverpul” rəhbərliyinə “Əl-İttihad”-a keçmək niyyətini çatdırdığı barədə məlumat yayılıb.