UEFA Avropa Liqasıın qrup mərhələsində çıxış edən iki klubumuzun “Qarabağ” və “Qəbələ”nin ikinci turdakı oyunları Rusiyanın “NTV+” telekompaniyası vasitəsilə canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, bu barədə kanalın rəsmi saytında xəbər yerləşdirilib.
Bakı vaxtı ilə saat 22:00-da başlayacaq “Qarabağ” – “Anderlext” qarşılaşmasını “NTV+tennis” telekanalı yayımlayacaq. Matçı həmyerlimiz Elvin Kərimov şərh edəcək.
“Krasnodar” – “Qəbələ” matçını isə azarkeşlər Bakı vaxtı ilə saat 00:05-dən etibarən “NTV+futbol1” telekanalı vasitəsilə izləyə biləcəklər. Bu görüşün şərhçisi Aleksandr Şmurnov olacaq.