Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında ərəb kişilərin geyindiyi uzun milli geyimdə kameralara görüntülənib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, komandası ilə çempionluğun dadını çıxaran 38 yaşlı futbolçu matçdan sonra ölkənin yerli geyimində (kandura) küçədə dolaşıb.
Ronaldonun bu anları sosial mediada böyük reaksiyaya səbəb olub.
Qeyd edək ki, Qətərdə keçirilən 2022-ci il Dünya Kuboku başa çatdıqdan sonra karyerasında böyük dəyişiklik yaşayan Ronaldo "Mançester Yunayted"dən ayrılaraq Səudiyyə Ərəbistanının "Əl Nassr" futbol klubu ilə 2,5 illik müqavilə imzalayıb.
QAZİLER.AZ