"İnter Mayami" klubunun təmizlik xidmətinin əməkdaşı Kristian Salamanka hücumçu Lionel Messidən avtoqraf aldığına görə tutduğu vəzifədən qovulub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, təmizlik işçisi bu barədə “La Nacion”a müsahibəsində danışıb.
Salamanka Messi ilə stadionun dayanacağında görüşdüyünü, bundan sonra ona səsləndiyini bildirib.
“İş paltarımın düymələrini açdım və altında Argentina forması var idi. O, imzaladı, sonra mühafizə gəlib məni işdən çıxardı. Amma hər saniyəyə dəyərdi”, - Salamanka bildirib.
"İnter Mayami"nin ev stadionunun işçiləri iş prosesində ulduzlarla təmasdan qaçmaq üçün işə götürülməzdən əvvəl xəbərdarlıq edilir.