Azərbaycan üzgüçüsü Raman Salei dünya çempionatının qızıl medalını qazanıb.
"Report" xəbər verir ki, üçqat paralimpiya çempionu Raman Salei Mançesterdə keçirilən dünya çempionatında 100 metr sərbəst üzmə növündə 53.32 s nəticə göstərib.
Bununla da o, yarışın qızıl medalına sahib olub.