"Şahruddin yaxşı insandır, ancaq bu gün "Qarabağ"ın əsas qapıçısı olacaq səviyyədə deyil".
Qaziler.az xəbər verir ki, bu fikirləri futbol həvəskarı olan politoloq Nazim Cəfərsoy paylaşıb. O, bu gün “Qarabağ”la Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu başlamazdan əvvəl belə şərh edib:
"1991-92-ci ildə Trabzonsporun əjdaha oyunlar oynadığı vaxtlar idi. Ünal Karaman, Hami, Öğün, Abdullah və s. əfsanə oyunçular var idi komandada. Xüsusilə Avropa oyunlarında Trabzonspor ən güclü oynayan və statistik göstəriciləri də ən yaxşı olan Türk komandası idi. Turk klublarından çox yuxarı səviyyədə olan İspan, İtalyan Alman, Rumın, Fransız komandaları Trabzonda uduzub gedirdilər o aralar. Trabzonspor futbol olaraq onlardan bir üst səviyyə oyun oynayırdı.
Ancaq bu komandanın bir Petranoviç adlı Yugoslav qapıçısı var idi. Hər Avropa oyununda bizim Şahruddin kimi mütləq çox mənasız 1-2 qol buraxırdı və Trabzonspor rəqiblərinə iki oyunun ümumi hesabında uduzub Avropada mübarizəni dayandırırdı. Trabzonspor ona cəmi 1 il dayandı, göndərdilər getdi.
Şahruddin yaxşı insandır, ancaq bu gün "Qarabağ"ın əsas qapıçısı olacaq səviyyədə deyil. Ola bilər gələcəkdə olsun, ancaq ona qədər Qurban Hoca gərək məsləhətli bir əsas qapıçı alsın komandaya. Digər tərəfdən davamlı səhv edən qapıçını "oynadıb qazanmaq" və dəstək vermək bir metoddur. Ancaq qapıçı davamlı səhv edirsə bu onun olub qalan özünə inamını da itirməsinə səbəb olar. Bu da həm Şahruddin, həm Qurban Hoca, həm də komanda üçün çox neqativ prosesdir. Arada fasilə verməsi hər şeydən öncə Şahruddinin özünə lazımdır. Üstəlik, Şahruddin oyunlara komandanın lideri və oyun içində böhranları həll edəcək kapitan rolunda çıxır. Kapitanın səhvinin isə komanda üzərində təsiri daha böyük olur. Kapitanlığı ondan müvəqqəti də olsa alıb daha uyğun başqasına vermək lazımdır.
Uzun sözün qısası bugünkü oyunun nəticəsindən asılı olmayaraq, Qarabağâ əsas qapıçı lazımdır!"
QAZİLER.AZ