Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" klubunun baş məşqçisi Cüneyt Dimlupınar istefa verib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna komandanın PTT 1-ci liqasında uğursuz çıxış etməsi səbəb olub.
Dumlupınar yazılı açıqlamasında baş məşqçi vəzifəsindən istefa verdiyini bildirib. Bu günə qədər işində ona dəstək olan hər kəsə təşəkkürünü bildirən 35 yaşlı mütəxəssis deyib: "Bu komandaya və oyunçulara sonuna qədər güvənirəm və inanıram. Komanda mövsümün sonunda superliqaya vəsiqə qazanacaq".
Qeyd edək ki, "Karşıyaka" klubu Türkiyə PTT 1-ci liqasında keçirdiyi 6 oyunda cəmi 5 xal qazanıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.