Argentinanın "Boka Xuniors" və "İndependent" futbol klubları arasında keçirilən oyundan sonra azarkeşlərlə polis arasında toqquşma olub.
QAZİLER.AZ APA -ya istinadən xəbər verir ki, bu barədə “Clarin”qəzeti məlumat yayıb.
Hadisədə altı polis əməkdaşı xəsarət alıb.
Rəqibinə 0:2 hesabı ilə uduzan “İndependent”in azarkeşləri aqressiv şəkildə narazılıqlarını ifadə etməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və klub rəhbərliyinin nümayəndələrinə daş atmağa başlayıblar.
Polis rezin güllələrlə cavab verib.
Toqquşmada 11 nəfər saxlanılıb.