Yığmanın üzvü məşqdə huşunu itirdi

Yığmanın üzvü məşqdə huşunu itirdi backend

Kolumbiya yığmasının 18 yaşlı hücumçusu Linda Kaysedo milli komandanın məşqində huşunu itirib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məşq görüntülərində Kaysedonun əlini ürək nahiyəsinə qoyaraq qaçdığı görünür. Bundan qısa müddət sonra o, huşunu itirərək yıxılır.

Tibb işçiləri gələnə qədər ona komanda yoldaşları yardım etməyə çalışırlar. Kaysedo təcili yardım maşını ilə xəstəxanaya aparılıb, bir müddət sonra evə buraxılıb. Bununla belə, hücumçunun mundialın qrup mərhələsinin 2-ci turunda Almaniyaya qarşı keçiriləcək oyunda iştirak edəcəyi ehtimalı azdır.

1-ci turda kolumbiyalılar Cənubi Koreya komandasını məğlub ediblər (2: 0), Kaysedo qol vurub.

 

 

Diaspora