Qorxulu basqının təfərrüatlarını açıqladı: Gecə yarısı saat 3-də…

Qorxulu basqının təfərrüatlarını açıqladı: Gecə yarısı saat 3-də… backend

PSJ-nin qapıçısı Canluici Donnarumma Parisdəki evində baş verən amansız quldurluğun təfərrüatlarını açıqlayıb.

“Gecə yarısı saat üçdə birdən evdə kimlərisə görmək, məncə, bu, yaşaya biləcəyiniz ən pis hissdir. Mən hərəkətsiz qaldım və Alessia dəyərli əşyalarımızın hamısını verməli oldu.

Mən təfərrüata vara bilmərəm, istintaq davam edir və indi başımıza gələn hər şeyi yenidən danışmaq üçün Fransa polisinə gedirəm. Bu gün səhər nişanlımla lazımi araşdırmaların aparılması üçün mənzili tərk etmək məcburiyyətində qaldıq və müvəqqəti olaraq oteldə qalırıq.

Qorxu çox idi, amma daha çox ondan qorxdum ki, Alessiaya nəsə edərlər. Çarəsiz qaldım, əl-qolum bağlı idim, edə biləcəyim bir şey yox idi. Bundan əlavə, mən fransızca yaxşı danışa bilmirəm və qiymətli əşyaların harada olduğunu o insanlara izah etməkdə çətinlik çəkirdim”, – Donnarumma “Calciomercato”ya deyib.

 

 

Diaspora