“Neftçi”də uzun müddətdir gözlənilən istefa reallaşıb.
QAZİLER.AZ Publika.az-a istinadən verdiyi məlumata görə, “ağ-qaralar”ın prezidenti Kamran Quliyev istefaya göndərilib. O, “öz istəyi” ilə vəzifəsindən ayrılıb.
2018-ci ilin fevralından bu postda çalışan Quliyevin fəaliyyəti “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfi qane etməyib.
Yaxın günlərdə onun yerinə təyin ediləcək yeni rəhbərin adı açıqlanacaq. Ancaq həmin şəxs prezident kimi deyil, icraçı-direktor kimi fəaliyyət göstərə bilər.